BP-nin təyinat istiqaməti dəyişir? – Açıqlama

15:28 - 5.08.2020


5 avqust, Fineko/abc.az. BP bundan sonra daha neft və qazın üstünlük təşkil etdiyi şirkət olmayacaq.

ABC.AZ xəbər verir ki, bunu BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərtaca-a müsahibəsində deyib.

O qeyd edib ki, BP şaxələnmiş portfelli bir inteqrasiya edilmiş enerji şirkəti olacaq – belə ki, neft və qaz daha tarazlaşdırılmış bir portfelin tərkib hissəsi olacaq: "Biz şirkətimizin fəaliyyət istiqamətini enerjinin fərqli formaları ilə şaxələndirmək niyyətindəyik – bərpa olunan enerji, bioenerji və hidrogen. Amma neft və qaz bizim öhdəliyimiz olan ölkələrdə BP üçün əsas sahə olmaqda davam edəcək. Bu öhdəliyin bir hissəsi olaraq 2030-cu ildə biz hələ də qlobal miqyasda neft və qaz biznesimizə ildə təxminən 9 milyard ABŞ dolları investisiya qoyacağıq".

 

Bütün xəbərlər