BP rəsmisi Azərbaycanla bağlı planlarını açıqladı – Detallar

15:39 - 5.08.2020


5 avqust, Fineko/abc.az. Azərbaycanda neft və qaz üzrə fəaliyyətlərimizi təhlükəsiz, etibarlı və dayanıqlı şəkildə həyata keçirəcək, ölkə və səhmdarlar üçün gəlirlər yaratmaqda davam edəcəyik.

ABC.AZ xəbər verir ki, bunu BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərtaca-a müsahibəsində deyib.

O qeyd edib ki, BP təxminən otuz ildir Azərbaycanda və Xəzər regionunda varıq və hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyuruq: "Növbəti bir neçə onillik ərzində də kəşfiyyat sahəsinə investisiya qoyuluşu da daxil olmaqla burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik. Bununla belə uzunmüddətli enerji tərəfdaşlığımızın bir sıra digər sahələrində də Azərbaycan və region ilə əlaqələrimizi genişləndirmək üçün yeni imkanlara baxmaqda da davam edəcəyik".

 

Bütün xəbərlər