Gürcüstan Avropadan olan turistləri qəbul etməyə başlayıb

16:30 - 5.08.2020


5 avqust, Fineko/abc.az. Münxen və Paris reysləri ilə Gürcüstana gələn ilk turistlər 2 həftəlik karantin keçmədən ölkəyə daxil olublar.

ABC.AZ xəbər verir ki, bu barədə Qurumlararası Kordinasiya Şurasının növbəti iclasından sonra, Turizm Administrasiyasının rəhbəri, Mariam Kvrivişvili bildirib.

O qeyd edib ki, Gürcüstan sevinirki tərəfdaş aviakopmaniyalar yenidən ölkənin aviasiya məkanına və turizm sektoruna qayıdır: "Dünən Parisdən son aylar ərzində ilk reys həyata keçirildi.

Ölkəmizə gələn 188 sərnişindən əksəriyyəti turistdir. Təbiidir ki, onlar karantin keçmədən aeroportdan ayrıldılar və Gürcüstanı gəzməyə başladılar.

Eyni qayda Münxendən həyata keçirilən reysə də şamil edildi. Oradan da ölkəmizə gələnlərin əksəriyyəti turistdir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər