Çin daha iki peyk buraxır – Gələn il

10:27 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Çin gələn il “Fengyun-3E” (FY-3E) və “Fengyun-4B” (FY-4B) adları verilmiş iki meteoroloji peyk buraxmaq niyyətindədir.

ABC.AZ-ın məlumatına görə, bu barədə Çinin “Sinhua” agentliyi bildirib.

Məlumata görə, “Fengyun-3E” artıq orbitə yerləşdirilən meteoroloji qurğular qrupuna qoşulacaq və bu seriyada beşinci olacaq.

Bundan əvvəlki “Fenqyun-3D” peyki 2017-ci ilin noyabrında buraxılıb. “Sinhua” xəbər verir ki, yeni peyk qlobal ədədi hava proqnozunun dəqiqliyini və səmərəliliyini artıracaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər