Bakıdakı restoranların dövriyyəsi kəskin azalıb – Hesabat

10:49 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Bakıdakı ictimai iaşə mərkəzlərinin 7 ay üzrə dövriyyəsi açıqlanıb.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Bakının ictimai iaşə dövriyyəsi 238,6 mln. manat olub.

Bu 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 50,6% azalma deməkdir.

Sözügüdən dövrdə özəl sektorda ictimai iaşə dövriyyəsinin 63,9%-i hüquqi şəxs statuslu müəssisələrin, 36,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 28,1% azalaraq 153,7 mln. manat olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər