330x110
 

Sığorta yığımları bu qədər artıb

06.08.2020,11:17


6 avqust, Fineko/abc.az. Son 6 ay ərzində sığorta bazarında ikitərəfli canlanma müşahidə olunur.

Həm sığorta haqlarında, həm də sığorta ödənişlərində gözə çarpacaq dərəcədə artım qeydə alınıb.

Belə ki ölkəmizdə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 400 milyondan çox sığorta haqqı toplanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitikasında öz əksini tapıb.

Sözügedən analizdə qeyd olunub ki, sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlər isə 185 milyon manata yaxındır.

Son illərin müvafiq göstəricilərini müqayisə etdikdə bu ilin ilk yarımilliyində yığımların ötən ilin analoji dövrünə nəzərən 10% artığını, hətta rekord göstəricilərin qeydə alındığı 2018-ci ili də geridə qoyduğunu görmək mümkündür. Ödənişlərin artması da maraq doğuran məqamdır.

Belə ki, ödənişlər son 2 ildə sabit qalsa da cari il həm 2018, həm də 2019-cu ilin analoji dövrləri ilə müqayisədə artım nümayiş etdirib.