Qonşu dövlətlərdə bütün müəssisələr işləyir – Vahid Əhmədov

14:17 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən iclasında millər vəkili Vahid Əhmədov neftin dünya bazar qiymətinin düşməsi və pandemiyanın iqtisadiyyata təsir etməsindən danışıb.

ABC.AZ-ın məlumatına görə, V. Əhmədov bildirib ki, dövlət büdcəsinə baxılması məsələsinin ciddi təhlilə ehtiyacı var.

Onun sözlərinə görə, qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir: "Burda çıxış edən millət vəkilləri sahibkara, insanlara kömək etməyi tələb edirlər. Amma proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti, Operativ Qərargah hansı sahələrin işləməsinin mümkünlüyü barədə düşünməlidir. Bu məsələləri siyasiləşdirməyə ehtiyac yoxdur. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”.

 

Bütün xəbərlər