Qazaxıstan Parlamenti Azərbaycanla avtomobil rabitəsi üzrə razılaşmanı ratifikasiya etdi

11:39 - 25.01.2018


25 yanvar, Fineko/abc.az. Senatın deputatları, cümə axşamı günü keçirilən plenar iclasda “Qazaxıstan Hökuməti ilə Azərbaycan Hökuməti arasında beynəlxalq avtomobil rabitəsi ilə bağlı  Sazişin ratifikasiyası haqqında” qanunu qəbul etdilər.

Deputatlar qarşısında çıxış edən investisiyalar və inkişaf naziri Jenis Kasımbek demişdir ki, razılaşmanın məqsədi, beynəlxalq avtomobil rabitəsi  sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və iki ölkə arasındakı avtomobil daşımalarının sadələşdirilməsindən ibarətdır.

“Bu razılaşmanın hədəfi, yalnız Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli daşımalar məsələsinə yönəlməyib.  Son 2-3 il ərzində biz,  Azərbaycan vasitəsilə Gürcüstan və Türkiyə istiqamətində avtomobil nəqliyyatı ilə tranzit daşımaların böyük artımını görürük. Ötən il biz, Kurık limanının tikintisini yekunlaşdırdıq. Burada həmçinin dəmir yolu, həm də avtomobil bərəsi  yerləşir, yəni Azərbaycan istiqamətində  avtomobil yük axını xeyli artacaqdır”, - deyə Jenis Kasımbek vurğuladı.

Razılaşmada,  iki ölkə arasında avtomobil daşımalarının həyata keçirilməsi üçün hüquqi normalar müəyyən edilir və avtomobil daşımalarının növləri reqlamentləşdirilir.

 

 

Bütün xəbərlər