İnsanlar əmanətlərini ala bilmirlər – Millət vəkili

14:37 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi millət vəkili Vahid Əhmədov Milli Məclisin iclasında bir sıra məslələrə münasibət bildirib.

ABC.AZ xəbər verir ki, deputat iqtisadi fəaliyyətlə bağlı ayrılan vəsaitdə nə “Azərsu”, nə də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nəzərdə tutulduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu gün bizim əsas problemimiz su ilə bağlıdır. Necə ola bilər ki, bu qurumlara vəsait ayrılmasın.

Deputat həmçinin manatın taleyinə də aydınlıq gətirilməsini istəyib: “İqtisadiyyatın böhran dövründə bu məsələ bizim üçün çox vacibdir. Dörd bank pandemiya dövründə bağlandı. Konstitusiya Məhkəməsi də hələ bununla bağlı qərar verməyib. İnsanlar əmanətlərini ala bilmirlər”.

 

Bütün xəbərlər