Qonşu ölkədə aztəminatlı tələbələrin təhsil haqqını dövlət ödəyəcək – Mühüm qərar

15:28 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Gürcüstanda sosial cəhətdən aztəminatlı tələbələrin təhsil haqqını dövlət ödəyəcək.

ABC.AZ xəbər verir ki, bunu baş nazir Giorgi Qaxaria hökumətin iclasında deyib.

O qeyd edib ki, sosial cəhətdən aztəminatlı kateqoriyaya daxil olan tələbələrin birinci semestr ödənişini dövlət həyata keçirəcək: "Sosial cəhətdən aztəminatlı kateqoriyaya daxil olan hər bir tələbənin 2020-2021-ci il tədris ilinin bir semestr ödənişini dövlət həyata keçirəcək. Bu şəxslərin sosial xalı 150 000 və ya aşağı olmalıdır. Bununla yanaşı sosial cəhətdən aztəminatlı olan tələbər arasında təhsil xərclərinə görə tələbə statusunu donduranların təhsil haqqları da 1 illik müddətdə dövlət tərəfindən qarşılanacaq. Bu tipli güzəştlərdən 33 000-dək tələbə yararlanacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər