Türkiyədə dollar bahalaşır – Türk pulu isə 2 faizdən çox ucuzlaşıb

15:41 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Bu gün türk lirəsi dollar qarşısında 2,5%-dən çox dəyərdən düşüb.

ABC.AZ-ın məlumatına görə, yenə də dollar türk lirəsi qarşısında yüksələrək 7.20-ni də aşıb və hazırda dollar/tl məzənnəsi 7.2405-dir.

Müqayisə üçün qeyd edək ki, avqustun 5-də də dollar türk lirəsi qarşısında bahalaşaraq 7 lirə səviyyəsini ötmüşdü.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər