330x110
 

Gürcüstan vətəndaşlarına pul yardımı edəcək – 300 lari

06.08.2020,16:10


6 avqust, Fineko/abc.az. Gürcüstanda dövlətə birdəfəlik yardım barəsində müraciət edən, ancaq lazımi sənədləri tam olaraq toplaya bilməyən şəxslərə 300 larilik yardım veriləcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə baş nazir Giorgi Qaxaria hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Gürcüstan hökumətinə 300 larilik yardım almaq istəyi ilə 250 000 vətəndaş müraciət edib: "Əlbəttə ki, bu yardımı sadəcə bütün tələblərə cavab verən 170 000 vətəndaş ala bilib. Ancaq, biz artıq ikinci mərhələyə keçməmiş geridə qalan 80 000 özünü işlə təmin edən vətəndaşa, lazımi sənədləri təqdim edə bilməyən şəxslərə birdəfləlik 300 lari yardım verilməsi qərarını verdik".

Müəllif: Elmir Murad