Ötən günkü azalmadan sonra neft ucuzlaşır, Brent barrel başına $44,94 təşkil edir

10:07 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə günü azalmaqda davam edir. Buna baxmayaraq, həftə sonunda neft qiymətləri ən azı 4% artım göstərə bilər.

Saat 9:35-də, Londonun ICE Futures birjasında,Brent-in oktyabr ayı üçün fyuçersi $0,15 (0,33%) – barrel başına $44,94-ə qədər aşağı düşdü. Avqustun 6-da keçirilən ticarətin nəticələrinə görə, Brent-in oktyabr ayına olan neft fyuçersinin qiyməti hər barrel üçün 0,08 (0,18%) $45,09 səviyyəsinə düşüb.

Saat 9:35-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçersi $0,18 (0,43%) – barrel üçün $41,77-ə qədər düşüb. Avqustun 6-da ticarətin nəticələrinə görə, WTI-nin sentyabr ayına olan fyuçersi $0,24 (0,57%) - barrel üçün $41,95 qədər düşüb.

 

Bütün xəbərlər