Bakıda 28 min manata mənzillər – Sosial evlər satılır

10:30 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsandakı mənzillərin növbəti partiyasını satışa çıxarıb.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, ümumilikdə 502 mənzil satışa çıxarılıb.

Mənzillərin 79-u 1 otaqlı, 377-si 2 otaqlı, 46-sı 3 otaqlıdır. Mənzillərin qiyməti 1 otaqlılar üçün 32 min 130 manat, 2 otaqlılar üçün 43 min 10 manat, 3 otaqlılar üçün 57 min 120 manatdan başlayır.

Bu - kreditlə alış qiymətləridir. Mənzilləri nağd şəkildə əldə etmək də mümkündür. Bu zaman 10% endirim nəzərdə tutulur.

Nağd əldə edildikdə 1 otaqlı mənzili 28 min 917 manata, 2 otaqlı mənzili 38 min 709 manata, 3 otaqlı mənzili 51 min 408 manata əldə edə bilərlər.

Mənzillərin satışı illik 4%-lə 3-30 il müddətinə mümkündür. Minimal ilkin ödəniş mənzilin qiymətinin 10%-ni təşkil edir.

Məsələn, mənzilin ilkin 10%-ni ödədikdən sonra illik 4% ilə 30 il müddətinə aldıqda aylıq ödəniş 1 otaqlı mənzildə 138-143 manat, 2 otaqlı mənzildə 185-253 manat, 3 otaqlı mənzildə 245-268 manat təşkil edir.

 

Bütün xəbərlər