330x110
 

Yeni təcili tibbi yardım maşınları gətiriləcək – Prezident anonsunu verdi

07.08.2020,10:59


7 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi avqustun 6-da Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformat şəkilində müşavirə keçirilib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı müşavirədə Azərbaycana 100 təcili tibbi yardım avtomobilinin gətiriləcəyini qeyd edib.

Bu yaxınlarda Azərbaycana yeni təcili tibbi yardım maşınları gətirildiyini xatırladan prezident yenilərinin də gətiriləcəyinin anonsunu verib: "Yüz maşının gətirilməsi nəzərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir və göndəriləcək. Əlbəttə ki, xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınların da çox böyük əhəmiyyəti vardır".