İş yerləri yaxın günlərdə bərpa olunur - Açıqlama

11:30 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 190 manatın verilmə və digər məsələlərlə bağlı brifinq keçirir.

ABC.AZ-ın məlumatına görə, nazir iş yerlərinin yenidən açılma məsələsinə toxunaraq qeyd edib ki, yaxın günlərdə iş yerlərinin təkrar fəaliyyətə başlaması nəzərdə tutulur.

Onun sözlərinə görə, iyunun 20-dən başlayan qapanma mexanizmi artıq ləğv edilib: "Kimlərinsə aztəminatlı kateqoriyasından çıxması, bəzilərinin işlə təmin olunması nəzərə alaraq yeni hesablanma aparılacaq və yekunda dördüncü ödənişdə nə qədər insanın yardım alması açıqlanacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər