Postlardan bu qədər maşın geri qaytarılıb - Statistika

12:23 - 7.08.2020


7 avqust, Fineko/abc.az.   Sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 6-7 avqust tarixlərində nəqliyyat vasitələri ilə hərəkətdə olan 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 115-i paytaxt istiqamətinə olmaqla 145, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 135-i rayon, 260-ı paytaxt istiqamətinə olmaqla 395, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 105-i rayon, 225-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb, ümumilikdə 870 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər