330x110
 

Sahil Babayev: Rəsmi təsdiq olunmayan şəxslər aşkarlandıqdan sonra onlara verilən yardım dayandırılıb

07.08.2020,12:29


7 avqust, Fineko/abc.az. Azərbaycanda növbəti dəfə 3 min nəfərə yardım verilmədi.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev brifinqdə deyib.

Nazir bunun səbəbini belə izah edib: "Həqiqətən aztəminatlı olmayan, amma bu rəsmi təsdiq olunmayan şəxslər aşkarlandıqdan sonra onlara verilən yardım dayandırılıb. 10 min nəfər isə növbəti dövrdə rəsmi olaraq işlə təmin olunanlardır. İcazə sistemi işə düşəndən sonra insanların hərəkət edə bilməsi üçün əmək müqaviləsini rəsmiləşdirdilər. Bu zaman da ortaya çıxan şəxslərə yardımın verilməsi dayandırıldı. Lakin həmin şəxslərdən əvvəlki ödənişi geri ala bilməzdik".

Müəllif: Elmir Murad