Koronavirusdan da təhlükəli böhran gəlir – Bill Qeytsdən proqnoz

14:17 - 7.08.2020


7 avqust, Fineko/abc.az. “Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək ekoloji böhrandan xəbər verib.

ABC.AZ-ın məlumatına görə, B. Qeyts qeyd edib ki, ən yaxın bir neçə onillikdə planetimiz iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacaq: "Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişikliyi daha da pis ola bilər. Fəlakətdən qaçmaq üçün atmosferə istilikxana qazlarının tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşkil edibsə yaxın 40 ildə Yerdəki yüksələn temperaturdan ölüm eyni sayda olacaq, 2100-cü ilə qədər isə bu rəqəm beş dəfə artacaq".

 

Bütün xəbərlər