Koronavirusa qarşı istifadə olunacaq daha bir dərman – Artıq patenti alınıb

14:21 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi "Leytraqin" preparatının patentini alıb.

ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, preparat koronavirusun ağırlaşmasının qarşısını almaqda istifadə olunacaq.

Bu, dünyada praktik tibbə daxil olmuş ilk və yeganə delta-opioid reseptordur.

Agentliyin Biotibbi Texnologiyaları Elmi Mərkəzinin alimləri "Dalarqin" adı ilə dərmanın toxumaların yaxşılaşmasına və bərpasına aktiv təsir göstərdiyini müəyyən ediblər.

 

Bütün xəbərlər