330x110
 

Azərbaycanda yeni holdinq yaradılır – Prezidentdən Fərman

07.08.2020,15:15


7 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmanda qeyd olunur:

1. “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılsın.

2. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra – AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır;

3.2. idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir.