330x110
 

ÜDM-də azalma qeydə alınıb – Mikayıl Cabbarov iqtisadiyyata dəyən ziyanı açıqlayıb

07.08.2020,15:31


7 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, görüşdə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 280-dən çox sahibkar iştirak edib.

Tədbirdə yeni şəraitdə biznesin fəaliyyəti, istehsal və xidmət sahələrində tətbiq edilən davranış qaydaları, pandemiyanın özəl sektora mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə olunub.

İqtisadiyyat naziri M. Cabbarov qeyd edib ki, 2020-ci il Azərbaycan üçün uğurlu başlasa da, pandemiya bütün ölkələrdə olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına gətirib çıxarıb.

"2020-ci ilin birinci yarımilliyi üzrə ÜDM-də azalma qeydə alınıb, əksər iqtisadi sektorlarda azalma müşahidə olunub. İqtisadiyyata təhdidlərin qarşısının alınması istiqamətində qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması baxımından stimullaşdırıcı effektli layihələrin və tədbirlərin maliyyələşdirilməsi, investisiya yönümlü kreditləşdirmə, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti-məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi qarşıda duran əsas hədəflərdəndir".