Bu yollar genişləndirilir – Siyahı

16:15 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Bildiyiniz kimi bir müddət əvvəl Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və “28 May” küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə yenidənqurma işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə “28 May” küçəsinin kəsişməsində yerləşən, artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb.

Nəticədə küçənin sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb. Bundan başqa, aparılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərin aparıldığı ərazi boyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər