330x110
 

Gürcüstana yenə də milyonlarla vəsait ayrılır – Yeni razılaşma

07.08.2020,16:32


7 avqust, Fineko/abc.az. Almaniya "Gürcüstanın iqtisadi dözümlülüyü və böhrana qarşı davamlılığın artırılması" adlı layihə hazırlayıb.

ABC.AZ xəbər verir ki, bunu Gürcüatanın Maliyyə Nazirliyindən bildiriblər.

Sözügedən layihə Gürcüstan üçün 180 milyon avro yardım ayrılmasını nəzərdə tutur.

Müqaviləyə Gürcüstan tərəfdən Maliyyə naziri, İvane Macaveriani və "Yenidənqurma Kredit Bankı"nın cənubi Qafqazdakı regional ofisinin rəhbəri Klaus Veiqel imza atıblar.

Qeyd olunur ki, sözügedən 180 milyon avro maliyyə yardımı, panidemiyanın törətdiyi problemlərin həllində istifadə ediləcək.

Müəllif: Elmir Murad