330x110
 

Sağalanlar 421, yoluxanlar 129 – Günün statistikası

07.08.2020,17:02


7 avqust, Fineko/abc.az. Azərbaycanda 129 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Bu günə qədər ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, aktiv xəstə sayı 3 197-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.