330x110
 

Altı ayda istehsalı azalan məhsullar – Siyahı

07.08.2020,17:32


7 avqust, Fineko/abc.az. Bu ilin altı ayında paytaxtın toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 55,6 milyon manat dəyərində məhsul istehsal edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin yanvar-iyun aylarına nisbətdə toxuculuq sənayesində 7,4 faiz, geyim istehsalında 44,6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 1,7 faiz azalma müşahidə olunub.