Bakıda sürüşmə nəticəsində 100-dən çox evin sakinləri evakuasiya olundu

12:48 - 25.01.2018


25 yanvar, Fineko/abc.az. Səbail rayonunun Bayıl yamacında, Teleqüllə yaxınlığında dünən axşamdan etibarən  sürüşmə prosesi aktivləşib.

Səbail rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, bununla bağlı həmin ərazidə yerləşən 100-dən çox evin sakinləri evakuasiya olunub.

“Kimin köçməyə yeri yoxdursa, xüsusi olaraq bu işlə əlaqədar rayonun idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Mütəxəssislər yoxlama aparıb xəritə hazırlayıblar, lakin təhlükə zonasında olan evlərin sayı hələ müəyyən olunmayıb”, - İ.Kərimov belə deyib.

 

Bütün xəbərlər