330x110
 

Bu sahələr üzrə qoyulan məhdudiyyətlər də ləğv edildi – Siyahı

07.08.2020,21:24


7 avqust, Fineko/abc.az.   Xəbər verdiyimiz kimi Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verirki, aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

- Mühəndislik və layihələndirmə xidmətləri;

- Qablaşdırma məhsullarının istehsalı;

- Daş, metal və taxta məhsullarının istehsalı;

- Mebel istehsalı və təmiri;

- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

- Onlayn satışlar;

- Kimyəvi təmizləmə;

- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

- Avtomobillərin təmiri;

- Avtomobil yuyulma məntəqələri;

- Heyvan sığınacaqları;

- Tərcümə xidmətləri.