330x110
 

Rayonlara gediş-gəliş nə vaxt bərpa olunur? - Açıqlama

08.08.2020,11:36


8 avqust, Fineko/abc.az.   Bakıdan rayonlara gediş-gəliş bu ay açıla bilər.

ABC.AZ-ın məlumatına görə, bunu Operativ Qərərgahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

 O bu məsələnin  müzakirə mərhələsində olduğunu vurğulayıb:  "Hələlik bu barədə qərar olmasa da, bunun üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər qaydalara əməl olunmasa və nəticədə yoluxma sayı artarsa, bu yumşalmalar da təxirə salına bilər".