İxracla məşğul olan KOB-lar üçün onlayn təlim keçiriləcək

11:11 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Avqustun 12-də, saat 15.00-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçiriləcək.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, onlayn təlimdə İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən mövzu ilə bağlı təqdimat keçiriləcək, praktik məlumatlar veriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Xarici ticarətlə məşğul olan sahibkarlar onlayn təlimə “Microsoft Teams” platforması vasitəsilə aşağıdakı linkə daxil olmaqla qoşula bilərlər: https://bit.ly/31v2wnQ

Ətraflı məlumat üçün əlaqələndirici şəxs:

KOBİA-nın əməkdaşı Urfan Nəbiyev  (+994 12) 404-04-01.

 

Bütün xəbərlər