İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

11:59 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Cari ilin avqust ayının 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Bu barədə ABC.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

 

 

Bütün xəbərlər