330x110
 

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin rejimi götürüldü

10.08.2020,12:17


10 avqust, Fineko/abc.az. Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində sərt karantin rejimi ləğv olunub.

ABC.AZ report-un yerli bürosuna istinadən xəbər verir ki, ötən gün kənddə əhalinin kütləvi testdən keçirilməsi prosesi başa çatdırılıb.

Bu gündən Qaracalara giriş-çıxış bərpa olunub, bütün məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, Qaracalar iyulun 24-dən koronavirusun yayılması təhlükəsi ilə bağlı təcrid olunmuşdu. Qardabanidə indiyədək 71 nəfərdə COVID-19 aşkarlanıb, 10 nəfər artıq sağalıb. Yoluxma hallarının 42-si Qaracalarda qeydə alınıb.