Əfqan Nağıyev ev dustaqlığına buraxılıb – Baş Prokurorluqdan Açıqlama

12:31 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Bu barədə ABC.AZ Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, Ə.Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

 

Bütün xəbərlər