330x100
 

“LegalAid” elektron hüquqi yardım mobil tətbiq platforması istifadəyə verilib

10.08.2020,15:05


10 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Vəkillər Kollegiyası və “LEGALAID” MMC-nin birgə tərəfdaşlığı əsasında “LegalAid” adlı elektron hüquqi yardım mobil tətbiq platforması yaradılıb və vətəndaşların istifadəsinə verilib.

Bu barədə ABC.AZ-a məlumat Vəkillər Kollegiyasından verilib.

Mobil tətbiq vətəndaşların vəkillərə müraciət imkanlarını genişləndirəcək və hüquqi yardıma əlçatanlığı artıracaq.

Mobil tətbiqin asan axtarış sistemi vasitəsilə vətəndaşlar istədikləri sahə üzrə rahat şəkildə vəkil tapmaq, həmçinin hüquqla bağlı suallarına, problemlərinə cavab almaq fürsəti əldə edəcəklər. Hüquqi məsləhətlər onlayn çat üzərindən həm yazılı, həm də şifahi formada verilir.

 “LegalAid” mobil tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləmək mümkündür: AppStore: https://apps.apple.com/az/app/legalaid-az/id1510123698

GoogleStore: https://play.google.com/store/apps/details?id=az.legalaid.android&hl=en_US

Veb-sayt: https://app.legalaid.az