Turizm şirkətinin direktoruna cinayət işi açılıb

15:29 - 10.08.2020


10 avqust, Fineko/abc.az. “Daniz Travel” MMC-nin təsisçisi və direktoru Azadə Səfərovanın qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb və fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə ABC.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, aparılmış istintaqla Azadə Səfərovanın qulluq mövqeyindən istifadə edərək Türkiyəyə tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərdən ümumilikdə 1 milyon 525 min manatın mənimsəməsinə dair əsaslı şübhələr müəyyənləşdirilib.

Cinayət işi baxılması üçün iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin olunub.

 

Bütün xəbərlər