ATƏT-in monitorinqi insidentsiz keçirilib

13:07 - 25.01.2018


25 yanvar, Fineko/abc.az. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in monitorinqi keçirilib.

Müdafiə Nazirliyinin məlumatında deyilir: “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 25-da Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb”.

 

 

Bütün xəbərlər