Azərbaycanda işsizlik müavinətinin orta məbləği 291,2 manat təşkil edir

13:11 - 25.01.2018


25 yanvar, Fineko/abc.az. Azərbaycanda rəsmi olaraq 38,5 min işsiz qeydiyyata alınıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən bildirildi ki, ölkədə eyni sayda insan  işsizlik müavinəti alır.

“Ölkədə işsizlik müavinətinin orta məbləği 291,2 manat təşkil edir”, - Komitədən belə bildirildi.

2018-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5073,8 min nəfər olmuş, onlardan 4822,1 min nəfərini məşğul əhali təşkil etmişdir.

 

 

Bütün xəbərlər