Mərkəzi bank 831 min manatlıq tender qalibini elan etdi

10:40 - 11.08.2020


11 avqust, Fineko/abc.az. Mərkəzi Bank Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Ani Ödənişlər Sisteminin arxitekturasında istifadə olunan Oracle VBİS lisenziyalarının dəstəklənməsi xidməti üçün elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi       "GT SOLYUŞNZ" MMC olub.

Qalib şirkətə 831286 manat ödəniləcək.

 

Bütün xəbərlər