BOS Şelf: Xəzər dənizində neft və qaz hasilatı tarixində ən böyük sualtı qurğu quraşdırıldı

11:02 - 11.08.2020


11 avqust, Fineko/abc.az. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun eksklüziv operatoru olan "BOS Şelf" Xəzərin tarixində neft və qaz hasilatı üçün ən böyük sualtı qurğu sayılan “Qarabağ” dayaq blokunun inşasını başa çatdırıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin direktor müavini Nazim Hüseynov deyib. Onun sözlərinə görə, ölkə üçün belə bir əhəmiyyətli layihənin həyata keçirilməsi qürur hissi doğurmaya bilməz.

"Biz “Qarabağ” dayaq blokunun inşasının başa çatdığını və konstruksiyanın STB1 barjasına yüklənilməsinə başlandığını məmnuniyyətlə bildiririk, bundan sonra isə dayaq bloku dənizdəki yatağa daşınacaq", - deyə N. Hüseynov qeyd edib.

 

Bütün xəbərlər