“Gənclik” stansiyasının ödəmə terminalları istifadə üçün açıldı

11:10 - 11.08.2020


11 avqust, Fineko/abc.az. Avqustun 11-dən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açılıb.

Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə bilərlər.

 

Bütün xəbərlər