AMB valyuta hərracında banklara $53,8 mln. satıb

12:53 - 11.08.2020


11 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 11-də valyuta hərracında banklara $ 53,8 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $53,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər