330x110
 

Ötən ay Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 340,2 milyon manat olub

11.08.2020,14:56


11 avqust, Fineko/abc.az. İyulda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 340 milyon 210 min manat olub.

ABC.AZ Azərtaca istinadən xəbər veri ki, bu barədə Komitədən məlumat verilib.

 Bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 84 milyon 126 min manat, əlavə dəyər vergisi üzrə 241 milyon 428 min manat, aksizlər üzrə 11 milyon 816 min manat, yol vergisi üzrə isə 2 milyon 840 min manat təşkil edib.