330x110
 

Mövlud Çavuşoğlu: Bütün imkanlarımızla, gücümüzlə Azərbaycanın yanındayıq

11.08.2020,15:10


11 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi avqustun 11-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Mövlud Çavuşoğlu iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlardan danışıb.

“Bir daha bildirmək istəyirəm ki, qardaş Azərbaycan tək deyil. Bütün imkanlarımızla, gücümüzlə qardaş Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq münaqişənin həllindən yayınır. Ermənistan bu cür təxribatlarla danışıqların aparılması üçün təhlükəsiz şəraitin formalaşmasına mane olduğunu bütün dünyaya nümayiş etdirir. Beynəlxalq ictimaiyyət, həmçinin ATƏT-in Minsk qrupu da münaqişənin həllinə ciddi səy göstərmir. Biz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həllini dəstəkləyirik. Lakin qardaş Azərbaycan hansı həll yolunu seçərsə, biz o məsələdə də Azərbaycanın yanında olacağıq”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.