330x110
 

“Qarabağ” yatağından 21 milyon tondan çox neft hasilatı nəzərdə tutulur

11.08.2020,15:55


11 avqust, Fineko/abc.az. Bugün “Qarabağ” yatağından 21 milyon tondan çox neft hasilatı nəzərdə tutulur.

ABC.AZ Azərtaca istinadla xəbər verir ki, bu barədə “Qarabağ” əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 1 ay müddətində dayaq blokunun dənizdə quraşdırılmasına başlanılacaq: “Dayaq blokunun quraşdırılması müddəti hava şəraitindən asılı olaraq 200-260 gün nəzərdə tutulur. Daha sonra bloka üst hissə quraşdırılacaq və “Qarabağ” yatağından neft və qaz hasilatı planlaşdırılır. Bu yataqdan çıxarıla biləcək neft 21 milyon tondan çox, qaz isə 13 milyard kubmetr nəzərdə tutulur”.

Layihə rəhbəri, həmçinin qeyd edib ki, platformadan 6 neft, 3 suvarma quyusunun və 2 sualtı qaz quyusunun qazılması planlaşdırılır.