Şagirdlərin elektron yerdəyişməsi başlayır

16:33 - 11.08.2020


11 avqust, Fineko/abc.az. Avqustun 12-dən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Bu barədə ABC.AZ Təhsil Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki , şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

 

Bütün xəbərlər