Maliyyə dəstəyi almaq üçün 147 min 803 vergiödəyicisi müraciət edib

17:03 - 11.08.2020


11 avqust, Fineko/abc.az. Avqustun 6-na İqtisadiyyat Nazirliyinə koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 95 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 min 708 fərdi (mikro) sahibkar, cəmi 147 min 803 vergiödəyicisi muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciət edib.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 273 min 732 işçini əhatə edən 29 min 95 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib, digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,19 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,59 milyon manat təşkil edir.

Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 min 856 vergiödəyicisinə 215 min 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 98,03 milyon manat vəsaitin köçürülməsi təmin edilib.

 

Bütün xəbərlər