330x110
 

İqtisadiyyat Nazirliyi: 106 min 907 mikro sahibkara maliyyə dəstəyi göstərilib

11.08.2020,17:06


11 avqust, Fineko/abc.az. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 min 708 vergiödəyicisindən müraciət daxil olub, 111 min 209 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,55 milyon manat vəsaitin 106 min 907 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.