330x110
 

“Azərsu” yeni “Telegram” elektron xidmətini təqdim edir

12.08.2020,10:13


12 avqust, Fineko/abc.az. “Azərsu” ASC müasir dövrdə sosial şəbəkələrdən istifadənin geniş vüsət almasını nəzərə alaraq bir sıra xidmətlərini sosial şəbəkələr üzərindən tətbiqinə başlayıb.

Bu barədə ABC.AZ-a “Azərsu”ASC-dən bildirilib.

Qeyd olunur ki, “Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət” elektron xidmətinin “Telegram” sosial şəbəkəsi üzərindən aparılmasına başlanılıb. Bu xidmətin köməyi ilə vətəndaşlar içməli su və tullantı su sistemlərində baş vermiş qəzalarla bağlı “Azərsu” ASC-yə asanlıqla müraciət edə biləcəklər.

Abonentlər “Telegram” şəbəkələrinə qoşulmaq üçün mobil qurğulardan “Telegram Messenger” proqramını yükləməklə (App Store, Play Market və sair) istifadə edə bilərlər.

Tətbiq olunan yeni xidmətin istifadə təlimatı www.azersu.az saytında yerləşdirilib. https://azersu.az/az/blog/2726VV