Aqrar sığorta 14 növ bitkini sığortalayacaq – Siyahı

10:27 - 12.08.2020


12 avqust, Fineko/abc.az. Azərbaycanda bu ildən tətbiq ediləcək Aqrar Sığorta mexanizmi ilkin mərhələdə 14 növ bitkiçilik məhsulunu sığortalayacaq.

Bu barədə ABC.AZ-a Aqrar Sığorta Fondundan məlumat verilib.

Məlumatına görə, Nazirlər Kabinetinin  qərarına əsasən bu bitkilər buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal,  limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Növbəti dövrlərdə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısının daha da artırılması nəzərdə tutulur. 

Qeyd olunur ki, sahibkarlar əlavə sığorta haqqı ödəməklə bir sıra başqa risklərdən də sığortalana biləcəklər.

Aqrar sığortadan istifadə etmək üçün fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. EKTİS-də qeydiyyatdan keçdikdən sonra fermer müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edə bilər.

 

Bütün xəbərlər