Bu gündən “Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

11:51 - 12.08.2020


12 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədilə cari ilin avqustun 11-də “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verib.

Bu barədə ABC.AZ-a MİDA-dan məlumat verilib.

Bildirilir ki, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən elektron imza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası avqustun 11-i saat 14:00-dan sentyabrın 9-u saat 00:00-dək aktiv olacaq.

Sınaq versiya vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

 

Bütün xəbərlər